Azərbaycan parlamentində eks-prezidentlərin statusu haqqında qanunla bağlı məsələ qaldırılıb

Azərbaycan parlamentində eks-prezidentlərin statusu haqqında qanunla bağlı məsələ qaldırılıb
# 04 dekabr 2009 11:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa eks-prezidentlərin statusu haqqında Konstitusiya qanununun qəbul edilməsi təklifi ilə çıxış edib. APA-nın xəbərinə görə, deputat çıxışında bildirib ki, Azərbaycanda bu il keçirilən referendum nəticəsində Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə əsasən bu qanun qəbul olunmalıdır. F. Mustafa qeyd edib ki, eyni zamanda vətəndaşların müraciət etmək hüququ haqqında qanunun qəbul edilməsi gözlənsə də, bunların heç biri baş verməyib: “Təəssüf ki, bu məsələlərə baxılmayıb. Əgər bu qanunların hazırlanması Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üçün problemdirsə, biz bu layihələri hazırlamışıq”.

Millət vəkili Zahid Oruc isə deyib ki, eks-prezidentlərlə bağlı qanun qəbul edilməsi barədə təkliflərin irəli sürülməsi daha çox siyasi niyyət daşıyır: “Təbii ki, bu qanun qəbul olunanda prezident müvafiq sərəncam verməlidir. O zaman bilinəcək ki, bu qanun kimlərə şamil olunur. Şəxsən mən Ayaz Mütəllibova bu statusun verilməsinin tərəfdarı deyiləm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR