Bank Of Baku

İsveçin hakim partiyasının nümayəndələri AMİP-çi bələdiyyə üzvlüyünə namizədlərlə görüşəcək

İsveçin hakim partiyasının nümayəndələri AMİP-çi bələdiyyə üzvlüyünə namizədlərlə görüşəcək
# 04 dekabr 2009 21:34 (UTC +04:00)
Bakı – APA. Dekabrın 5-6-da Bakıda İsveçin hakim “Moderat” Partiyasının “Jarl Hjalmarson” Fondu ilə Azərbaycan Milli İstiqlal Partiyası “Bələdiyyə seçkiləri və beynəlxalq təcrübə” mövzusunda birgə seminar keçirəcək.

Bu barədə APA-ya AMİP mətbuat və informasiya xidmətindən məlumat verilib.

Məlumata görə, İsveçdən gələn qonaqlar - bu ölkənin Baş Nazir Aparatının rəhbəri Kristofer Tamsons, “Moderat” Partiyasının Stokholm Qraflığının rəhbəri Peter Dannered, Bələdiyyə Assambleyasının və Stokholm Qraflıq Şurasının üzvü Harri Bouveng AMİP-çi bələdiyyə üzlüyünə namizədlərə Avropa, o cümlədən İsveç təcrübəsi bərədə müfəssəl məlumatlar verəcəklər.

Tədbirdə hakim “Moderat” Partiyasının “Jarl Hjalmarson” Fondunun məsul şəxsi, xanım Katarina Vallberq də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR