Bank Of Baku

ADP ATƏT-i işğalçıya himayəçilik etməkdə günahlandırıb

ADP ATƏT-i işğalçıya himayəçilik etməkdə günahlandırıb
# 07 dekabr 2009 13:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası ATƏT-i işğalçı Ermənistana himayəçilik etməkdə günahlandırıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin iclasında problemin həlli ilə bağlı görüşlərin getdikcə intensiv xarakter aldığı, buna baxmayaraq, problemin tənzimlənməsi istiqamətində hələ də ciddi dəyişikliyin baş vermədiyi vurğulanaraq bundan narahatlıq ifadə olunub. ADP rəhbərliyi hesab edir ki, münaqişənin bu qədər uzanmasının əsas səbəbi ATƏT və digər beynəlxalq qurumların işğalçılıq niyyətindən geri durmaq istəməyən Ermənistana dolayısı ilə himayədarlıq etməsidir.

ADP Milli Məclisin 9 noyabrın Dövlət Bayrağı Günü elan olunması barədə qərarını müsbət qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR