Bank Of Baku

Müsavat Partiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı toplantı keçirəcək

Müsavat Partiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı toplantı keçirəcək
# 07 dekabr 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb, namizədlərin qeydiyyat mərhələsinin başa çatmasından sonrakı durum dəyərləndirilib. Partiyanın öz namizədlərinin təbliğat və təşviqatı üçün görəcəyi işlər də müzakirə edilib və dekabrın 9-da müsavatçı namizədlərlə keçiriləcək yığıncağa hazırlığın gedişi barədə fikir mübadiləsi aparılıb.

İclasda həmçinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təntənəli toplantının keçirilməsi haqqında qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR