Bank Of Baku

Milli Məclisin növbəti iclası dekabrın 15-də keçiriləcək

Milli Məclisin növbəti iclası dekabrın 15-də keçiriləcək
# 07 dekabr 2009 14:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin növbəti iclasının gündəliyi məlum olub. Parlamentdən APA-ya daxil olan məlumata görə, dekabrın 15-də keçiriləcək iclasda “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək. İclasda, həmçinin bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliyin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Milli Məclisin payız sessiyası dekabrın sonunda başa çatır. Həmin müddət ərzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin də birinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub. Bu həftənin sonuna kimi isə sözügedən qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə ediləcək.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsindən “surraqat ana” və “donorluq” müddəaları çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR