Bank Of Baku

Demokratiya Uğrunda İttifaq parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını hazırlayır

Demokratiya Uğrunda İttifaq parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını hazırlayır
# 07 dekabr 2009 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda DUİ-nin təşkilatçılığı ilə dekabrın 16-da növbəti Qarabağ Forumunun keçirilməsi qərara alınıb. Foruma digər siyasi qüvvələr və hakimiyyət təmsilçiləri də dəvət ediləcək.

Toplantıda qurumun 2010-cu il üçün fəaliyyət istiqamətləri də müzakirə edilib. Sədrlər Şurası fəaliyyət planını təsdiqləyib və ittifaqa üzv olan partiyaların 2010-cu il parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısı müzakirəyə çıxarılıb.

Qeyd edək ki, DUİ-yə Klassik Xalq Cəbhəsi, Azadlıq, Xalq və Böyük Azərbaycan partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR