Bank Of Baku

AVCİYA Gəncədə treninqlərə yekun vurub

AVCİYA  Gəncədə treninqlərə yekun vurub
# 07 dekabr 2009 21:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şirvan, Lənkəran, Zaqatala, Xaçmaz şəhərlərindən sonra Gəncədə bələdiyyə seçkiləri ilə əlaqədar regional tədbirlərə yekun vurub.

AVCİYA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncədə keçirilən son tədbirdə AVCİYA-nın qərb regionları üzrə koordinatoru Muxtar Əsədov regionda seçkiqabağı vəziyyət barədə məlumat verərək bildirib ki, bütün müşahidəçilərin DSK-da qeydiyyat məsələsi həll olunub və onların hansı məntəqələrdə müşahidə aparması dəqiqləşdirilib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilərin seçki günü fəaliyyəti barədə təlimatları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin seçki günü operatorların müşahidəçilərə verəcəyi suallar və onların necə cavablandırılması, MSK-nın yeni təlimatları barədə də ətraflı məlumat verib.

Seçki Qərargahının əməkdaşı Osman Ağayev qanun pozuntusu halları olduğu təqdirdə, məlumatların toplanması və aktın tərtib edilməsi, müşahidənin sonunda hansı sənədlərin tələb olunması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda tədbir iştirakçılarına müşahidə üçün lazım olan vəsaitlər, AVCİYA- nın nəşr etdirdiyi “2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” təqdim olunub. Daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR