Bank Of Baku

Yeni Azərbaycan Partiyasının sədr müavini Almaniyaya gedib

Yeni Azərbaycan Partiyasının sədr müavini Almaniyaya gedib
# 08 dekabr 2009 10:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Almaniyaya səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatı görə, səfərdə məqsəd Avropa Xalq Partiyasının Bonn Konqresində iştirak etməkdir. Almaniya kansleri Angela Merkelin təşkilatçılığı ilə bu gün (dekabrın 8-də) başlayan və dekabrın 10-na qədər davam edəcək konqresdə AXP-nin əsas prioritet sahələrindən olan sosial bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq. Almaniya Bundestaqında təşkil olunan tədbirdə Avropanın dövlət və hökumət başçıları, parlamentarlar və mindən artıq nümayəndə iştirak edir.

Milli Məclisin deputatı Asəf Hacıyev də YAP nümayəndə heyətinin tərkibində konqresə qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR