Bank Of Baku

Etibar Məmmədov Avropa Xalq Partiyasının Almaniyada keçirilən qurultayında iştirak edir

Etibar Məmmədov Avropa Xalq Partiyasının Almaniyada keçirilən qurultayında iştirak edir
# 08 dekabr 2009 11:43 (UTC +04:00)
Bakı – APA. AMİP lideri Etibar Məmmədov Avropa Xalq Partiyasının Bonn şəhərində keçirilən növbəti qurultayında iştirak etmək üçün Almaniya Federativ Respublikasına gedib. AMİP-dən APA-ya verilən məlumata görə, qurultay bu gün başlayıb və E. Məmmədov artıq bir sıra görüşlər keçirib. Həmin görüşlərdə əsasən Dağlıq Qarabağ problemi müzakirə edilib.

Xatırladaq ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır. AMİP Beynəlxalq Demokrat İttifaqının üzvü kimi bu qurumla sıx əməkdaşlıq edir. AMİP-in Avropa Xalq Partiyasına üzvlüyü də gündəmdədir və lazımi sənədlər qısa müddət ərzində quruma təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR