Bank Of Baku

Azərbaycan müxalifətçiləri Avropa Şurasının nümayəndə heyəti ilə görüşdən imtina ediblər

Azərbaycan müxalifətçiləri Avropa Şurasının nümayəndə heyəti ilə görüşdən imtina ediblər
# 08 dekabr 2009 14:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın müxalifəti partiyalarının təmsilçiləri ölkədə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti ilə görüşdən imtina edib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, buna səbəb AŞ nümayəndələrinin müxalifətçilərə qarşı etik normalara zidd davranışıdır. Belə ki, görüş bu gün saat 13.00-a təyin edilsə də, sonradan görüşün vaxtı AŞ təmsilçiləri tərəfindən dəyişdirilib. S. Cəlaloğlu təyin olunan vaxtda görüş yerinə getdiklərini söyləyib: “Avropa Şurasının nümayəndələri bizi zala dəvət etdilər. Biz iqtidar nümayəndələri ilə birlikdə zala daxil olduq. Amma Avropa Şurasının təmsilçiləri bildirdilər ki, onlar müxalifət nümayəndələri ilə sonra danışacaqlar, ona görə də iqtidar nümayəndələri əyləşsin, müxalifətçilər isə gözləsin. Mən onlara etirazımı bildirdim. Əslində əvvəlcə bizimlə görüşməli idilər. Çünki iqtidar təmsilçiləri iki nəfər idi və bir partiyanı təmsil edirdilər, biz isə altı nəfər idik və altı partiyanı təmsil edirdik. Bundan sonra bir saata yaxın gözlədik, bu qənaətə gəldik ki, belə bir münasibət etik normalara ziddir və bizə hörmətsizlikdir. Ona görə də görüşdən imtina etdik”. S. Cəlaloğlu qeyd edib ki, bu münasibət Avropa Şurasının Azərbaycanda demokratiya məsələləri ilə ciddi maraqlanmadığını göstərir.

Qeyd edək ki, AŞ nümayəndələri ilə görüşə Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR