Bank Of Baku

Dillər Universitetində Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Dillər Universitetində Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
# 08 dekabr 2009 19:17 (UTC +04:00)
Bakı – APA. Dekabrın 10-da tarixdə Azərbaycan Dillər Universitetində (ADU) Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş “Həyatını xalqına həsr etmiş insan” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini, professor İradə Hüseynova, ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət Həsənova və ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət və ictimai xadimləri iştirak edəcəklər.

Konfransda “Heydər Əliyev və Müstəqil Azərbaycan”, Heydər Əliyev və Azərbaycan diplomatiyası” və “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR