Bank Of Baku

DAK Azərbaycan Demokratik Firqəsinin yaradılmasının 64-cü ildönümü münasibətilə tədbir keçirib

DAK Azərbaycan Demokratik Firqəsinin yaradılmasının 64-cü ildönümü münasibətilə tədbir keçirib
# 09 dekabr 2009 10:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan Demokratik Firqəsinin yaradılmasının 64-cü ildönümü münasibətilə tədbir keçirib. APA-nın xəbərinə görə, DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə çıxış edərək deyib ki, 1945-ci il dekabrın 12-də Azərbaycan tarixinin şanlı səhifələrindən biri yazılıb. O, fars rejiminin əsarəti altında olan Azərbaycan xalqının Seyid Cəfər Pişəvərinin başçılığı ilə mübarizəyə qalxdığını xatırladıb: “1945-ci ilin dekabrın 12-də Güney Azərbaycanda milli hökumət elan olunub. Qısa zaman içində böyük nailiyyətlər əldə edilib. Milli hökumət qadınlara seçmək, seçilmək hüququ verib, işsizliyə, yoxsulluğa qarşı mübarizə aparıb. O vaxt Azərbaycan xalqı xoşbəxt günlərini yaşayırdı. Təəssüf ki, Azərbaycan milli hökumətini rəsmən tanıyan və onunla saziş bağlayan şah rejimi top-tüfənglə silahlanaraq ABŞ, İngiltərə və sovet Rusiyasının dəstəyi ilə seçki adı altında torpaqlarımıza təcavüz etdi, 30 mindən artıq soydaşımızı qətliama məruz qoydu. Fars şovinistlərinin işğalı hələ də davam edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR