Bank Of Baku

Bakıda “Hakimiyyət-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı” mövzusunda beynəlxalq konfrans başlayıb

Bakıda “Hakimiyyət-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı” mövzusunda beynəlxalq konfrans başlayıb
# 10 dekabr 2009 08:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıda 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günü ildə bağlı “Hakimiyyət-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, tədbir Niderland Xarici İşlər Nazirliyi, Kanada Xarici İşlər və Beynəlxalq Əlaqələr Departamenti və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin dəstəyi ilə Hüquq Maarifçiliyi Cəmiyyəti və Dünya Demokratiya Hərəkatı tərəfindən təşkil olunub.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib ki, tədbirə hökumət nümayəndələri dəvət olunsalar da, onlar konfransın işinə qatılmayıblar. O, iki gün keçiriləcək tədbirdə insan hüquqları sahəsində müxtəlif mövzuların müzakirə ediləcəyini bildirib.

Malopoloska Təhsil Birliyinin nümayəndəsi Alisiya Derkoviski hakimiyyətin vətəndaş cəmiyyətinin əməkdaşlıq etməsinin vacib olduğunu deyib. Azərbaycanda demokratik cəmiyyətin qurulmasında maraqlı olduğunu deyən birlik nümayəndəsinin sözlərinə görə, bu yalnız dialoq nəticəsində baş tuta bilər.

Avropa Şurası baş katiblinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek vətəndaş cəmiyyəti ilə hökumət arasında daimi dialoqun olmasının demokratiyanın əsas atributlarından olduğunu, bununla bərabər vətəndaş cəmiyyətinin özünün daxilində də dialoqun olmasının vacibliyini bildirib.

ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Donald Lu isə Azərbaycanda insan haqları sahəsində vəziyyətin o qədər də pis olmadığını qeyd edib: “Hamı həbsxanada deyil, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda müəyyən bir məkan var. Bu istiqamətdə belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Azərbaycanda o qədər də böyük həbsxanalar yoxdur və QHT-lər çox fəaldır”.

Norveçin Azərbaycandakı səfiri Yon Ramberq isə öz məruzəsində bildirib ki, təmsil etdiyi hökumət Azərbaycanda demokratiya və insan hüquqlarının olmasını arzulayır və bu baxımdan da Norveç ölkəyə investisiya qoyuluşunda iştirak edir: “Azərbaycanda dövlət qulluğuna qəbul çətin məsələdir. Bu sahədə dəyişiklik olsa, bu, şəffaflığa xidmət edən bir addım olar”.

Konfransda Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi bazası, insan hüquqlarının vəziyyəti, milli qurumlarının insan hüquqlarının inkişafında rolu mövzularında plenar müzakirələr təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR