Bank Of Baku

YAP-ın “Akkord” dayaq məntəqəsində bələdiyyə seçkiləri və ilin yekunları ilə bağlı iclas keçirilib

YAP-ın “Akkord” dayaq məntəqəsində bələdiyyə seçkiləri və ilin yekunları ilə bağlı iclas keçirilib
# 10 dekabr 2009 09:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) “Akkord” dayaq məntəqəsinin mərkəzi ofisində bələdiyyə seçkiləri, “Akkord” YAP şöbəsinin fəaliyyəti və ilin yekunları ilə bağlı iclas keçirilib. APA-nın xəbərinə görə, tədbirdə “Akkord” Şirkətlər Qrupunun İdarə Heyətinin sədr müavini və YAP-ın dayaq məntəqəsinin sədri Nicat Quliyev çıxış edib. N. Quliyev deyib ki, “Akkord”un YAP təşkilatı ölkədə mühüm xeyriyyə tədbirləri həyata keçirir. Onun sözlərinə görə, son bir ildə xeyriyyə tədbirləri əsasən uşaq evlərinə yardımlar etməkdən ibarət olub.

N. Quliyev deyib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində onların şirkətində çalışan bütün insanlar öz vətəndaşlıq borcunu yerinə yetirərək səsvermədə iştirak edəcəklər: “Mən “Akkord” şirkətində çalışan insanları ən doğru seçim edib YAP-ın namizədlərinə səs verməyə çağırıram”.

Tədbirdə, həmçinin “Akkordun” YAP-a üzv olan on əməkdaşına partiya biletləri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR