Bank Of Baku

Gürcüstanda Heydər Əliyevi anım tədbirləri keçiriləcək

Gürcüstanda Heydər Əliyevi anım tədbirləri keçiriləcək
# 10 dekabr 2009 19:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dekabrın 10-11-də Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər həyata keçirəcək. Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 10-11-də Gürcüstanın Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında Kvemo-Kartli quberniyasının administrasiyası ilə birlikdə anım tədbirləri keçiriləcək. Tədbirlər Tiflisdə Heydər Əliyevin adını daşıyan parkda onun büstü önünə əklil qoyulması ilə başlayacaq. Anım mərasimində Gürcüstan hökumətinin, Azərbaycan icmasının nümayəndələri və ziyalılar iştirak edəcək.

Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin, Kvemo-Kartli qubernatorunun və Gürcüstanın digər rəsmi şəxslərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR