Bank Of Baku

Marneulidə Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Marneulidə Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib
# 10 dekabr 2009 20:45 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Marneulidə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyevin vəfatının 6-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov acaraq, Heydər Əliyevin borçalılar üçün ən böyük şəxs olduğunu, onun Gürcüstanda yaşayan azərbaycanlılar haqqında həmişə düşündüyünü bildirib, onların əmin-amanlığı, rifahı üçün bir çox tarixi əhəmiyyətli regional layihələrin məhz Gürcüstandan keçməsində Heydər Əliyevin rolunu yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili, Marneuli bələdiyyəsinin sədri Ayvaz İsmayılov, parlamentin deputatı Azər Süleymanov çıxış ediblər.

Mərasimdə Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, ARDNŞ-nin Kvemo-Kartli üzrə nümayəndəsi Arif Əliyev, Reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri, Bolnisidən və Marneulinin kəndlərindən gəlmiş azərbaycanlı və gürcü ziyalıları, məktəb direktorları, bir çox QHT-lərin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR