Bank Of Baku

Dillər Universitetində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dillər Universitetində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 10 dekabr 2009 21:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş “Həyatını xalqına həsr etmiş insan” mövzusunda elmi-praktik konfrans keçirilib.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət Vəkili, ADU-nun rektoru, professor Səməd Seyidov, təhsil nazirinin müavini, professor İradə Hüseynova, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət Həsənova, ölkənin tanınmış ziyalıları və ADU-nun müəllim-tələbə heyəti iştirakı edib.

Tədbiri giriş sözü ilə açan professor Səməd Seyidov Heydər Əliyev irsinin dərindən öyrənilməsinin gərəkdiyini və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu söyləyib: “Azərbaycanın bugünkü inkişafı, tərəqqisi və uğurları məhz Heydər Əliyev siyasətinin və fəlsəfəsinin nəticəsidir. Biz istərdi ki, bu fəlsəfəni gənc nəsil də mənimsəsin”.

Daha sonra təhsil nazirinin müavini, professor İradə Hüseynova “Heydər Əliyev və Müstəqil Azərbaycan”, millət vəkili Məlahət Həsənova “Heydər Əliyev Yeni Azərbaycan partiyasının yaradıcısıdır” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı yönündə gördüyü işlər barədə fikirlər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR