Bank Of Baku

Qənirə Paşayeva Bursada keçirilən simpoziumda iştirak edəcək

Qənirə Paşayeva Bursada keçirilən simpoziumda iştirak edəcək
# 11 dekabr 2009 08:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyəyə səfərə gedəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, deputat Bursa şəhərində ən yeni tarixdə Türk və İslam dünyasının insan hüquqları sahəsində üzləşdiyi haqsızlıqlara həsr olunan simpoziumda iştirak edəcək. Toplantıda dünyanın müxtəlif bölgələrində məskunlaşan türklərin məruz qaldıqları haqsızlıqlardan danışılacaq, problemin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkili simpoziumda Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, bir milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsi, Xocalı soyqırımı barədə ətraflı çıxış edəcək.
Q. Paşayeva, həmçinin ermənilərin işğal olunan Azərbaycan ərazilərində çoxlu sayda mədəni və tarixi abidələri dağıtması barədə toplantı iştirakçılarına məlumat verəcək.
Tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən, Ermənistanın işğalçılıq siyasətini faktlarla təsdiq edən müxtəlif dillərdə kitablardan və sənədli filmlərdən ibarət sərgi də nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR