Bank Of Baku

DAK Gənclər Təşkilatı “21 Azər” hərəkatını yad edib

DAK Gənclər Təşkilatı “21 Azər” hərəkatını yad edib
# 11 dekabr 2009 12:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Əlaqələndirmə Şurasının ofisində “21 Azər” hərəkatının 64-cü ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir DAK Gənclər Təşkilatı və “Yeni Nəfəs” Gənclər Təşkilatı tərəfindən təşkil edilib. DAK Gənclər Təşkilatının sədri Seymur Həsən “21 Azər” hərəkatının təbliğinin vacib olduğunu deyib. O bildirib ki, Güney Azərbaycanda problemlərin həll edilməsi üçün bu tarixi hadisə örnək ola bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin dosenti Sabir Nəbioğlu isə hərəkatdan əvvəl İranda baş verən hadisələrdən danışıb. Onun sözlərinə görə, “21 Azər” hərəkatı təsadüfən baş verməyib və Cənubi Azərbaycanda gedən proseslərin nəticəsi olub. Şah hakimiyyəti dövründə İranda Azərbaycan dilinin yasaqlandığını söyləyən alim, bunun əhali tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayıb.

Tədbirdə iştirak edən gənclər də mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR