Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib
# 11 dekabr 2009 17:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bursada şaxtada baş verən və çoxsaylı insan ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə başsağlığı teleqramı göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Bursa vilayətindəki şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR