Bank Of Baku

Fazil Mustafa Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış edəcək

Fazil Mustafa Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış edəcək
# 11 dekabr 2009 19:35 (UTC +04:00)
Bakı – APA. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Türkiyəyə gedib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, F.Mustafa səfər zamanı 11-13 dekabr tarixlərində Bursa şəhərində keçiriləcək “Türk-müsəlman əhalisinə qaşı törədilən soyqırım hadisələri” mövzusunda beynəlxalq konfransa qatılacaq. Konfrans Ahıska Türkləri Federasiyası və Türkiyənin bir sıra QHT-ləri tərəfindən təşkil olunub.

BQP başqanı tədbirdə “Azərbaycan türklərinə qarşı soyqırım hərəkətləri” mövzusunda məruzə ilə çıxış edəcək. Konfransın işində Türkiyənin hökumət nümayəndələri, millət vəkilləri, QHT-lərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR