Bank Of Baku

Azərbaycan vətəndaşları Heydər Əliyevin məzarını ziyarət edirlər

Azərbaycan vətəndaşları Heydər Əliyevin məzarını ziyarət edirlər
# 12 dekabr 2009 06:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Heydər Əliyevin vəfatının 6-cı ildönümüdür. APA-nın məlumatına görə, bununla əlaqədar Bakıda və respublikanın bölgələrində anım mərasimləri təşkil olunub. Hazırda Bakıda cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, məzarın önünə əklil və çiçəklər qoyurlar. Ziyarət səhər saatlarında başlayıb, hazırda minlərlə insan məzarı ziyarət etmək üçün Fəxri Xiyabanın qarşısına toplaşıb. Anım mərasimi ilə əlaqədar paytaxt polisi gücləndirilmiş rejimdə işləyir, Bakı şəhər Baş Polis İdarəsində isə bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, dekabrın 12-si səhər saat 09.00-dan axşam saat 19.00-dək paytaxtın Parlament prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Heydər Əliyevin məzarını ziyarət edəcək vətəndaşların hərəkət istiqaməti də müəyyənləşdirilib. Ziyarətçilər 20 saylı orta məktəb tərəfdən gələrək Fəxri xiyabanın 1-ci qapısından içəri daxil olur, ziyarəti başa vuran vətəndaşlar isə 3-cü qapıdan çıxmaqla Fəxri xiyabanı tərk edirlər. Ziyarət axşam saatlarına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR