Bank Of Baku

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 20-24-də Azərbaycanda olacaq

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 20-24-də Azərbaycanda olacaq
# 12 dekabr 2009 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləyəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti dekabrın 20-dən 24-nə kimi Azərbaycanda səfərdə olacaq.
APA-nın məlumatına görə, 5 nəfərdən ibarət müşahidəçilər Azərbaycanın bir neçə şəhərində müşahidələr aparacaqlar. Nümayəndə heyətinə xanım Qayə Doğanoğlu (Türkiyə) rəhbərlik edəcək. Missiyanın tərkibinə Nigel Mermagen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç (Serbiya) və Qudrun Mosler-Törnström (Avstriya) daxildir.
Xatırladaq ki, müşahidə missiyası seçkiöncəsi vəziyyəti öyrənmək üçün dekabrın 7-8-də Bakıda olub, hökumət nümayəndələri, Azərbaycanın Konqresdəki nümayəndə heyəti, Bakıda akkreditə olunmuş diplomatik korpusun, həmçinin KİV və QHT təmsilçiləri ilə fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR