Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
# 12 dekabr 2009 08:29 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısının adından Heydər Əliyevin məzarı önünə əklil qoyulub. Prezident görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə çiçək dəstələri düzüb.

Prezidentin ardınca Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ziyarət axşam saatlarına qədər davam edəcək.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatının 6-cı ildönümüdür. Bununla əlaqədar Bakıda və Azərbaycanın bölgələrində anım mərasimləri keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR