Bank Of Baku

Məzahir Pənahov: “Seçicilər gərək bələdiyyələrə layiqli namizədləri seçsinlər”

Məzahir Pənahov: “Seçicilər gərək bələdiyyələrə layiqli namizədləri seçsinlər”
# 12 dekabr 2009 09:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bələdiyyələr Azərbaycanda yeni qurum hesab olunur, cəmi 10 ildir fəaliyyətə başlayıb. Əlbəttə, bu sahədə ciddi nöqsanlar da, uğurlar da olub”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahovun fikrincə, seçicilər gərək bələdiyyələrə layiqli namizədləri seçsinlər: “Ümumi mövqeyimiz belə olmalıdır ki, hamımız gərək bu məsələləri canlandıraq və ciddi şəkildə yanaşaq ki, onlar da inkişaf etsinlər”.

MSK sədri “bələdiyyələrin pis işləməsi” ifadəsi ilə razılaşmadığını vurğulayıb: “Bu ifadəni işlətmək özü bir ədalətsizlikdir. Bu ona oxşayır ki, bələdiyyə üzvləri deyirlər ki, mətbuat işçilərinin pis işləməsi pis nəticələrə gətirib çıxarır. KİV nümayəndələri arasında kifayət qədər əla işləyənləri, orta işləyənləri və pis işləyənləri var. Bələdiyyələr də onun kimidir. Kifayət qədər yaxşı işləyən bələdiyyələrimiz var. Bütün dünyada belədir - yaxşı işləyənlər də var, ortabab işləyənlər də, pis işləyənlər də”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR