Bank Of Baku

Əli Həsənov: “Düşünürəm ki, hər kəs öz sahəsində Ramiz Mehdiyevin məqaləsindəki tənqidlərdən nəticə çıxaracaq”

Əli Həsənov: “Düşünürəm ki, hər kəs öz sahəsində Ramiz Mehdiyevin məqaləsindəki tənqidlərdən nəticə çıxaracaq”
# 12 dekabr 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində tam obyektiv olaraq tənqid olunan sahələr var. Düşünürəm ki, öz sahəsində hər kəs bu tənqidlərdən nəticə çıxaracaq”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsinə münasibət bildirən şöbə müdirinin sözlərinə görə, hər bir sahədə müəyyən uğurlarla bərabər, nöqsanlar da var: “Bu məqalədə Azərbaycanda elmin, təhsilin, ədəbiyyatın ictimai həyatın inkişafında rolu məsələlərinə toxunub. Hər kəsin bu tənqiddən nəticə çıxaracağını, ölkəmizin ictimai-siyasi inkişafına cavab verə biləcək inkişaf sahələrini davam etdirəcəyini düşünürəm. Bu da bizim respublikanın bütün həyatına, o cümlədən elminə, təhsilinə, ictimai həyata müsbət təsir edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR