Bank Of Baku

Heydər Əliyevin vəfatının 6-cı ildönümü münasibətilə onun adını daşıyan Sarayda anım mərasimi keçirilib – FOTO

Heydər Əliyevin vəfatının 6-cı ildönümü münasibətilə onun adını daşıyan  Sarayda anım mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 12 dekabr 2009 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında və onun abidəsi önündə anım tədbiri keçirilib. APA-nın məlumatına görə, anım tədbirində Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək mərhum prezidentin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı yolunda həyata keçirdiyi danılmaz xidmətlərindən söz açıb. F. Babayev qeyd edib ki, onun rəhbərlik etdiyi bu məkanın məhz Heydər Əliyevin adını daşıması bütün saray işçiləri üçün böyük fəxr hissidir. Daha sonra isə sarayın direktoru Heydər Əliyevin sağlığında hər ay saraya gəldiyini, bu məkanı çox sevdiyini vurğulayıb və onunla bağlı xatirələrini bölüşüb. Anım tədbirində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, nəşr olunan kitablar nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR