Bank Of Baku

“İrəli” İctimai Birliyi ABŞ-ın separatçılara yardım ayırmasını pisləyib

“İrəli” İctimai Birliyi ABŞ-ın separatçılara yardım ayırmasını pisləyib
# 14 dekabr 2009 11:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İrəli” İctimai Birliyi ABŞ Senatı və Nümayəndələr Palatasının qərarı ilə bağlı etiraz bəyanatı yayıb. Təşkilatdan APA-ya daxil olan bəyanatda Konqresin Dağlıq Qarabağ separatçılarına iqtisadi yardım paketini qəbul etməsi qəti şəkildə pislənir: “Bu qərarın qəbulu beynəlxalq hüquqa ziddir və ABŞ-Azərbaycan münasibətlərinə, ölkələrarası strateji müttəfiqliyə ciddi şəkildə mane ola bilər. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və ABŞ da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın işğalçı fəaliyyətinin nəticəsi olan saxta “Dağlıq Qarabağ Respublikası” isə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, buna görə də müstəqil dövlət kimi heç bir qanuni fəaliyyət göstərə bilməz. Belə bir halda ABŞ-ın separatçı rejimə açıq-aşkar yardım etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin kobud şəkildə pozulmasına gətirib çıxarır” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR