Bank Of Baku

ADP rəhbərliyi xarici siyasət mövzularını müzakirə edib

ADP rəhbərliyi xarici siyasət mövzularını müzakirə edib
# 14 dekabr 2009 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın ABŞ səfəri müzakirə edilib. Partiya rəhbərliyi bu səfərin nəticələrinin region və bütövlükdə Yaxın və Orta Şərqdə müsbət dəyişikliklər yarada biləcəyinə ümidvar olduğunu deyib. İdarə Heyəti üzvləri Türkiyə hökumət başçısının bu görüşdən yararlanaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün bundan əvvəl Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə səy göstərilməsinin vacibliyini ABŞ prezidentinin diqqətinə çatdırmasını təqdir ediblər.

ADP Rusiya prezidenti Dmitri Medvedevin xarici ölkələrdə hərbi əməliyyatlar keçirilməsi üçün parlamentdən kənar ona xüsusi səlahiyyət verilməsi tələbini, ABŞ Konqresinin Ermənistana humanitar yardım adı altında 40 milyon və Dağlıq Qarabağ separatçılarına 8 milyon dollar vəsait ayırmasını pisləyib, Türkiyə Konstitusiya Məhkəməsinin Demokratik Toplum Partiyasının qapadılması ilə bağlı qərarını dəstəkləyib.

İclasda dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri barədə də fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR