Bank Of Baku

Lətif Hüseynov: “Venesiya Komissiyasının “Bələdiyyələrin statusu haqqında” qanunla bağlı rəyi sənədin təkmilləşdirilməsində istifadə olunacaq” - YENİLƏNİB

Lətif Hüseynov: “Venesiya Komissiyasının “Bələdiyyələrin statusu haqqında” qanunla bağlı rəyi sənədin təkmilləşdirilməsində istifadə olunacaq” - <font color=red>YENİLƏNİB</font>
# 14 dekabr 2009 13:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli. Elbrus Seyfullayev – APA. “Avropa Şurası Venesiya Komissiyasının “Bələdiyyələrin statusu haqqında” qanunla bağlı qiymətləndirməsi o qədər də dəqiq deyil”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Venesiya Komissiyasının qanunla bağlı rəyinə münasibət bildirən M. Qurbanlının sözlərinə görə, Azərbaycanın öz Konstitusiyası, qanunları var və bu qanunlar əsasında fəaliyyət göstərilir: “Bələdiyyələrlə də bağlı çoxsaylı qanunlar qəbul edilib. Bələdiyyələrə bu və ya digər formada nəzarətin edilməsi hər yerdə var, o cümlədən Azərbaycanda da. Mən düşünürəm ki, belə bir nəzarət lazımdır. Çünki bələdiyyələrin fəaliyyəti qanunla tənzimlənir və qanuna görə də müəyyən dərəcədə nəzarət həyata keçirilir. Bu, Avropa ölkələrini hamısında var. Hesab edirəm ki, Venesiya Komissiyasının ekspertləri bizim qanunlarımızı bir daha ekspertizadan keçirib diqqətlə baxsalar, orada bu nəzarətin zəruriliyini görə bilərlər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli rəyin reallığı əks etdirdiyini bildirib. Onun sözlərinə görə, bundan əvvəl Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi də Azərbaycan qanunvericiliyini sərt tənqid edib, buna görə də Venesiya Komissiyasının belə mövqe bildirməsi də təbiidir: “Təəssüf ki, bu qeydlər nəzərə alınmır. Hər belə qeyd, tənqid Azərbaycanı qoşulmaq istədiyi demokratik məkandan uzaqlaşdırır, mövqelərini zəiflədir. Azərbaycanda bələdiyyələrin səlahiyyətləri məhduddur və Konstitusiyaya edilən dəyişikliklərdən sonra imkanlar daha da məhdudlaşdırılıb. Qanunvericilik baxımından da, faktiki olaraq da bələdiyyələr formal xarakter daşıyır. Ona görə də bələdiyyələrə seçki keçirilsə də, cəmiyyətin ciddi marağı müşahidə olunmur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bunu gecikmiş rəy hesab edir. Onun sözlərinə görə, Venesiya Komissiyası bu rəyi Konstitusiyaya əlavə və dəyişikliklər edilən zaman verilməli idi: “Əslində Konstitusiyaya bələdiyyələrin icra hakimiyyəti və parlamentə hesabat verməsi nəzərdə tutulur və qanun da buna uyğunlaşdırılıb. Yəni bizdə əsas problem Konstitusiyadadır. Amma Konstitusiyaya dəyişikliklər edilən zaman nədənsə Venesiya Komissiyası susdu. Rəy obyektivdir, amma gecikmiş və mənasız bir rəydir. Artıq heç kimin o rəyə ehtiyacı yoxdur. Sadəcə Avropa Şurası öz simasını qorumaq üçün belə mənasız, daldan atılan daş kimi rəylər verir”.

“Venesiya Komissiyasının “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı rəyi öyrəniləcək və sənədin təkmilləşdirilməsində istifadə olunacaq. Hələlik bu sənəd ilkin layihə formasındadır və Milli Məclisə təqdim olunmayıb” . Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov bildirib. Onun sözlərinə görə, ilkin layihələrin Venesiya Komissiyasına rəy üçün göndərilməsi bu qurumla yaxşı əməkdaşlıq nümunəsi sayıla bilər. L. Hüseynov sözügedən qanun layihəsi üzərində iş tam başa çatdıqdan sonra layihənin müzakirəyə çıxarılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR