Bank Of Baku

AMİP ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırmasına etiraz edir

AMİP ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırmasına etiraz edir
# 15 dekabr 2009 16:07 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırması ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın separatçıları dəstəkləməsi yolverilməzdir: “Bu addım regionda sülhə və təhlükəsizliyə xələl gətirir”.

AMİP beynəlxalq sülhün qorunmasında Birləşmiş Ştatların göstərdiyi qətiyyəti müsbət qiymətləndirir, rəsmi Vaşinqtonun Ermənistanın Azərbaycana təcavüzünə ikili standartlarla yanaşmasını, habelə bəşəriyyətə qarşı ağır cinayətlər törədən, terrorizmi və soyqırımı əsas vasitəyə çevirən separatçı bir rejimə maliyyə yardımı göstərməsini anlamır: “Partiya ABŞ-ı Ermənistanın təcavüzü nəticəsində ərazisinin beşdə birini itirən, 1 milyondan çox qaçqını olan Azərbaycana qarşı ədalətli və obyektiv mövqe sərgiləməyə, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində fəaliyyətini artırmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR