Bank Of Baku

Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ABŞ-ı özünün Cənubi Qafqaz siyasətinə yenidən baxmağa çağırır

Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ABŞ-ı özünün Cənubi Qafqaz siyasətinə yenidən baxmağa çağırır
# 16 dekabr 2009 05:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayrılması haqda qərarını pisləyir.

Təşkilatın sədri Faiq İsmayılovun imzası ilə APA-ya daxil olan bəyanatda bildirilir ki, ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa mütəmadi şəkildə hər il davam edən maliyyə yardımları Cənubi Qafqazda erməni separatizmini və terrorçuluğunu daha da gücləndirməyə, Azərbaycan torpaqlarının işğalının illərlə uzadılmasına, ermənilərin işğalı altındakı ərazilərdə Azərbaycanın mili mədəniyyət nümunələrinin kütləvi şəkildə məhv edilməsinə xidmət edir.

Təşkilat hesab edir ki, ABŞ-ın bu siyasəti Amerika-Azərbaycan strateji əməkdaşlığının üzərinə kölgə salır: “ABŞ mümkün qədər tezliklə özünün Cənubi Qafqaz siyasətinə yenidən baxmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR