Bank Of Baku

Bu il Milli Məclisin İnsan haqları komitəsinə 600-dən çox müraciət daxil olub

Bu il Milli Məclisin İnsan haqları komitəsinə 600-dən çox müraciət daxil olub
# 16 dekabr 2009 11:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009-cu il ərzində Milli Məclisin İnsan haqları komitəsinə 600-dən çox müraciət daxil olub. APA-nın məlumatına görə, komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, bu müraciətlərin hər birinə baxılıb və müvafiq addımlar atılıb. R. Aslanovanın sözlərinə görə, müraciətlər əsasən icra hakimiyyəti orqanlarından şikayətlər, insanların işlə təmin olunması, məmur-vətəndaş münasibətlərində olan çətinliklər, öz hüquqlarını bilmədən istək və tələblər, xaricdə müalicəsi tələb olunan xəstəliklər və digər məsələlərlə bağlıdır: “Biz şikayətlər və problemlərlə bağlı yalnız bir tərəfi dinləyə bilirik, ikinci tərəfə qulaq asmaq imkanımız yoxdur. Amma yenə də çalışırıq ki, o insanların problemlərinin həllinə yardım edək. Yardım etdiyimiz və edə bilmədiyimiz məqamlar olur. Amma məni daha çox narahat edən məsələ odur ki, Azərbaycan vətəndaşları bəzən qanunların mahiyyətini bilmədiyi üçün çətinliklərlə rastlaşırlar. Bu baxımdan da çox istərdim ki, bu gün Azərbaycanda hüquqi maarifləndirmə yüksək səviyyədə olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR