Bank Of Baku

Demokratiya Uğrunda İttifaqının təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib

Demokratiya Uğrunda İttifaqının təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib
# 16 dekabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bir sıra müxalifət partiyası və ziyalılar Dağlıq Qarabağ problemi ilə bağlı Milli Məclisdə siyasi partiyaların və ölkə prezidentinin iştirakı ilə müzakirələrin keçirilməsi təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, bu təşəbbüs Demokratiya Uğrunda İttifaqın bu gün keçirdiyi Qarabağ Forumu adından irəli sürülüb. Forumda çıxış edən siyasi partiyaların təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son prosesləri müzakirə edib, Azərbaycan hakimiyyəti tərəfindən xalqa bu barədə məlumatların verilməsini vacib sayıblar. Forumda çıxış edən Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, Azərbaycan işğal olan torpaqların azadlığı üçün antiterror əməliyyatlarına başlamalıdır. Partiya sədri bununla bağlı bütün siyasi qüvvələrin və hakimiyyətin iştirakı ilə milli proqramın hazırlanmasını vacib sayıb.

Forumda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, millət vəkilləri Pənah Hüseyn, İkram İsrafilov, politoloq Qabil Hüseynli və digərləri çıxış edib.

Forumda bəyanat qəbul olunub. Bəyanatda ölkə prezidentinə müraciət edilib və torpaqların işğaldan azad edilməsi üçün konkret addımların atılması vacib sayılıb: “Belə bir addım atılarsa, forum iştirakçıları prezidentə dəstək verəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR