Bank Of Baku

Müasir Müsavat Partiyası ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

Müasir Müsavat Partiyası ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirəcək
# 16 dekabr 2009 12:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Müasir Müsavat Partiyası (MMP) dekabrın 22-də ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MMP aksiyada ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon dollar yardım ayırmasına etiraz edəcək. Partiya aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət də ünvanlayıb. MMP İdarə Heyətinin bununla əlaqədar verdiyi bəyanatda isə bildirilib ki, ABŞ Konqresinin qondarma “Dağlıq Qarabağ Respublikası”na yardım göstərməsi özündə separatçı rejimə dəstək anlamı daşıyır: “Özünü demokratiyanın carçısı hesab edən bu cür dövlətlərin demokratiyaya zidd addım atmaları onların nə qədər riyakar, ikiüzlü olduqlarını sübut edir. Buna görə də ABŞ hökuməti atdığı bu addıma görə cavab verməlidir”. Bəyanatda qeyd olunub ki, beynəlxalq təşkilatlar və ABŞ Azərbaycana qarşı bu cür ikili siyasətdən əl çəkməlidir: “Əks təqdirdə MMP-nin 90 minlik üzvü etiraz əlaməti olaraq lazım olan bütün vasitələrə əl atacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR