Bank Of Baku

Azərbaycan prezidenti “Azərtunelmetrotikinti” ASC-nin işçilərini təltif edib

Azərbaycan prezidenti “Azərtunelmetrotikinti” ASC-nin işçilərini təltif edib
# 16 dekabr 2009 17:15 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev “Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçilərinə “Əməkdar mühəndis” fəxri adinin verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, ASC-in yaradılmasının 60 illik yubileyi münasibətilə və Bakı metrosunun tikintisində xidmətlərinə görə, Əliyev Arif Məmməd oğlu, Məmmədov Vəli Əbaz oğlu və Məsiyev Biləndər Qasım oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə “Azərtunelmetrotikinti” ASC-nin bir qrup işçisi “Şöhrət” ordeni, bir qrupu isə “Tərəqqi” medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR