Bank Of Baku

Əli Əhmədov: “Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi “Freedom House”un qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir”

Əli Əhmədov: “Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi “Freedom House”un qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir”
# 17 dekabr 2009 09:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Freedom House” təşkilatı qeyri-obyektiv hesabatlar hazırlamaqla, məsələlərə qeyri-obyektiv münasibət bildirməklə özünü tanıda bilib. Biz bu təşkilatın Dağlıq Qarabağın iki ölkəyə mənsub ərazi kimi təqdim etməsini qətiyyətlə pisləyirik”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bir sıra hallarda beynəlxalq təşkilatlar öz hərəkətləri ilə etirazların səsləndirilməsi üçün əsas yaradırlar. Ə. Əhmədov bildirib ki, Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi “Freedom House”un nə qədər qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir: “Təəssüflər olsun ki, Azərbaycanda bir sıra müxalifət partiyalarının nümayəndələri bir sıra hallarda “Freedom House” və bu kimi təşkilatların hazırladıqları hesabatlara istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirməyə çalışırlar. Mən onları çağırıram ki, “Freedom House” un obyektivliyinə, Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim edilməsi kontekstindən baxsınlar. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat Azərbaycanla bağlı qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirmək düzgün olmazdı. Bunu “Freedom House” qərəzli və Azərbaycana xoş olmayan münasibətini nəticəsi hesab edirəm və Azərbaycanın hər bir qeyri-hökumət təşkilatını, siyasi partiyaları bu cür hərəkətlərə qarşı öz etiraz səsini qaldırmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR