Bank Of Baku

Milli Məclisin Regional Komitəsinin iclası keçirilib

Milli Məclisin Regional Komitəsinin iclası keçirilib
# 17 dekabr 2009 11:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin (MM) Regional Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə deyib ki, bu əsasnamə “Bələdiyyələrin statusu haqqında” qanuna uyğun olaraq bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi qaydalarını müəyyən edir. Onun sözlərinə görə, bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi, onlara şəhadətnamələrin verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən həyata keçiriləcək: “Dövlət reyestrinə bələdiyyələrin yaradılması, birləşməsi, ayrılması, ləğv edilməsi, əhatə etdiyi ərazi vahidləri, sayının və ərazisinin dəyişdirilməsi haqında məlumatlar daxildir” .

İclasda, həmçinin bildirilib ki, sözügedən əsasnamə qəbul edildikdən sonra xüsusi internet saytı yaradılacaq və bələdiyyələrlə bağlı bütün məlumatlar bu saytda yerləşdiriləcək.

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR