Bank Of Baku

2010-cu ilin fevralında YAP üzvlərinin sayı 500 minə çatacaq

2010-cu ilin fevralında YAP üzvlərinin sayı 500 minə çatacaq
# 17 dekabr 2009 11:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 2010-cu ilin fevral ayında Yeni Azərbaycan Partiyasına (YAP) 500 mininci üzv qəbul olunacaq. APA-nın məlumatına görə, bu barədə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov məlumat verib. Ə. Əhmədov üzvlük məsələsində bəzi fərqliliyin olduğunu bildirib: “Burada iki məsələ var. Biri var, YAP-ın 500 mininci vəsiqəsinin verilməsi, biri də var, partiyaya 500 mininci üzvün qəbul edilməsi... Bizim partiyanın 500 mininci vəsiqəsi artıq bu ilin noyabrında verilib. 500 mininci vəsiqə ilə 500 mininci üzv fərqli anlayışlardır. Yəni dünyasını dəyişənlər və s. olduğu üçün verilən vəsiqələrin nömrəsi bəzən üzvlərin sayından çox ola bilir. Amma 2 aya kimi partiya üzvlərinin sayı 500 minə çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR