Bank Of Baku

AMİP bələdiyyə seçkilərinin nəticələrinə digər müxalifət partiyaları ilə birgə qiymət verəcək

AMİP bələdiyyə seçkilərinin nəticələrinə digər müxalifət partiyaları ilə birgə qiymət verəcək
# 18 dekabr 2009 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin nəticələrinə birgə qiymət verilməsi üçün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəzi müxalifət partiyaları ilə razılaşma əldə edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, bununla bağlı Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalarla danışıqlar aparılıb və ilkin razılaşma var: “Razılaşmaya görə, biz seçkilərin nəticələrinin qiymətləndirilməsində vahid mövqedən çıxış edəcəyik və həmçinin, namizədlərimizi də qarşılıqlı olacaq dəstəkləyəcəyik”. Bununla bağlı olaraq Ə. Orucov gələn həftə müxalifət partiyalarının birgə toplantısının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR