Bank Of Baku

Azərbaycan Kommunist Partiyası ABŞ-ın Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmasını pisləyib

Azərbaycan Kommunist Partiyası ABŞ-ın Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmasını pisləyib
# 18 dekabr 2009 20:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Kommunist Partiyası (AKP) ABŞ-ın Dağlıq Qarabağ separatçılarına 2010-cu il üçün 8 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırmasını pisləyib.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məsələ AKP Mərkəzi Komitəsinin Büro iclasında müzakirəyə çıxarılıb. Büro iclasında məsələ geniş müzakirə olunaraq kəskin pislənilib və partiya adından bəyanat qəbul edilib.

Bəyanatda ABŞ kimi nüfuzlu bir dövlətin separatçı rejimə vəsait ayrılması kəskin tənqid olunub, bu müstəqil dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib: “ABŞ dövləti ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ikili standart nümayiş etdirir, regionda sülhün və ədalətin bərqərar olması əvəzinə, vəziyyəti daha da gərginləşdirməyə xidmət etdiyini təsdiq edir. Azərbaycan hökuməti ABŞ-ın bu hərəkətinə qarşı müvafiq addımlar atmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR