Bank Of Baku

Bakıda «Yeni dünya düzəni və Türkiyə» mövzusunda tədbir keçirilib

Bakıda «Yeni dünya düzəni və Türkiyə» mövzusunda tədbir keçirilib
# 19 dekabr 2009 09:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Bakıda «Asiya Dialoqu» və «İrəli Azərbaycan» Sosial İnkişafa Yardım ictimai birliklərinin təşkilatçılığı ilə «Yeni dünya düzəni və Türkiyə» mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə «Asiya Dialoqu» İctimai Birliyinin sədri Sevil Nuriyeva deyib ki, toplantının keçirilməsində məqsəd hər iki ölkənin aydınlarının iştirakı ilə Türkiyə-Azərbaycan əlaqələri, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Türkiyənin dünyadakı yeri və rolu mövzusunda müzakirələr aparmaqdan ibarətdir.

«İrəli Azərbaycan» İctimai Birliyinin sədri Baba Tağıyev Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumdan danışıb. Onun sözlərinə görə, Türkiyənin son vaxtlar göstərdiyi iradə Azərbaycanın maraqlarına xidmət edir: «Türkiyə və Azərbaycanın apardığı siyasət bir-birinin davamı olmalıdır. Türkiyə hər yerdə söz sahibidir. Hər iki ölkənin rəhbərləri nüfuzlu siyasətçidir. Biz əlaqələrimizi daha da gücləndirməliyik».

Tədbirdə çıxış edən tanınmış türk jurnalisti Taha Akyol iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin zəruri olduğunu deyib. Onun sözlərinə görə, Avropaya qaz ancaq Türkiyədən keçə bilər, Azərbaycanın neft və qazı da Avropaya Türkiyə ərazisi ilə keçə bilər: «Güclü əlaqələr üçün iqtisadi bağlar olmalıdır. Təbii ki, Rusiya, ABŞ dəstəkləməsə güclü münasibətlər qurmaq olmaz. Türkiyə qonşu ölkələrlə bütün problemləri çözmək istəyir. On il əvvəl Suriya ilə Türkiyə arasında Fıratın suyunun bölünməsi ilə bağlı münasibətlər müharibə vəziyyətində idi, bu gün isə hər ikisi dost ölkələrdir».

T.Akyolun sözlərinə görə, Ermənistanla Türkiyə münasibətləri tənzimlənməlidir: «Azərbaycan isə daha 17 il dözə bilməz. Dağlıq Qarabağ problemi həll olunmalıdır. Dünya bu problemin həll olunmamış qalmasına alışır. Lakin problem daha uzun illər uzana bilməz, həlli vacibdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR