Bank Of Baku

Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində 2010-2011-ci illəri əhatə edən fəaliyyət proqramı imzalanıb

Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində 2010-2011-ci illəri əhatə edən fəaliyyət proqramı imzalanıb
# 21 dekabr 2009 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. APA-nın məlumatına görə, səfərdə məqsəd “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində Əməkdaşlıq Protokolu” çərçivəsində 2010-2011-ci illər üçün fəaliyyət proqramını imzalamaqdır. Bu gün Türkiyə Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanın və Dövlət Qulluğu Məsələlər üzrə Komissiyanın sədri Bəhram Xəlilov tərəfindən 2010-2011-ci illəri nəzərdə tutan fəaliyyət proqramı imzalanıb. B. Xəlilov bildirib ki, fəaliyyət proqramı dövlət qulluğu sahəsində hər iki dövlət arasında əlaqələri daha da gücləndirmək məqsədi daşıyır. Proqram çərçivəsində qarşılıqlı səfərlər, təlim kursları təşkil ediləcək, dövlət qulluğu ilə bağlı qarşılıqlı tədqiqatlar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR