Bank Of Baku

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyasının müxalifətin iştirakı ilə planlaşdırdığı dəyirmi masa baş tutmayıb

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyasının müxalifətin iştirakı ilə planlaşdırdığı dəyirmi masa baş tutmayıb
# 21 dekabr 2009 11:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin bələdiyyə seçkiləri üzrə müşahidə missiyasının Azərbaycanın müxalifət partiyalarının rəhbərlərinin iştirakı ilə bu günə təyin etdiyi dəyirmi masa baş tutmayıb. APA-nın məlumatına görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş tədbirə 6 müxalifət partiyası dəvət edilib. Amma müxalifət partiyaları müşahidə missiyasının rəhbərlərinin seçkilərlə bağlı qeyri-obyektiv və qeyri-səmimi mövqe nümayiş etdirdiyini əsas gətirərək bu görüşdən imtina ediblər. Dəyirmi masaya Demokrat, Müsavat, Ümid, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları dəvət edilsə də, onlar bu tədbirə qatılmaqdan imtina ediblər. Qeyd edək ki, müxalifət sözügedən müşahidə missiyası ilə görüşdən artıq ikinci dəfədir imtina edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR