Bank Of Baku

Müxalifət partiyası Azərbaycan prezidentinin çıxışlarını dəstəklədiyini açıqlayıb

Müxalifət partiyası Azərbaycan prezidentinin çıxışlarını dəstəklədiyini açıqlayıb
# 21 dekabr 2009 12:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) son vaxtlar dövlət başçısının Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmayacağı halda hərb yolunun seçiləcəyi barədə fikirlərini dəstəkləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında buna Azərbaycanın hüquqi əsasının olduğu bildirilib. ADP rəhbərliyi hesab edir ki, Azərbaycan öz ərazilərini hərbi yolla azad edilməsinə BMT qətnamələrinin də hüquqi əsas verdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır: “Ölkə prezidentinin torpaqlarımızın hərbi yolu ilə azad edilməsinin qaçılmaz olması barədə səsləndirdiyi bəyanatlara cavab olaraq Ermənistan prezidenti bu zaman MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın tərəfindən çıxış etməsi faktını gündəmə gətirir. ADP İdarə Heyətinin üzvləri Ermənistan prezidentinin bu cür çıxışların beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən imperativlərinə uyğun gəlmədiyini bildirir”.

İclasda həmçinin, ABŞ Konqresinin Dağlıq Qarabağa humanitar yardım adı altında 8 milyon vəsait ayırmasına etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin nota göndərməsini təqdir edilib. İclasda həmçinin bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Seçki günü partiyadan olan namizədlərin vəkilləri və müşahidəçiləri tərəfindən seçki qərargahına məlumatların verilməsi, onların ümumiləşdirilməsi və yayılması, seçki günü partiyadan olan namizədlərin fəaliyyətinin koordinasiya edilməsi ilə əlaqədar partiyanın müvafiq strukturlarına tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR