Milli Məclis “Su təchizatı və tullantı suları haqqında” qanunun mətninin sonradan dəyişdirilməsi barədə iddialara aydınlıq gətirib
Məlumatda qeyd olunur ki, bu vaxta qədər bu sahədə bir sıra nöqsanlar mövcud olub: “Bir nəfərin istifadə etdiyi enerji, qaz və ya suya görə borcu yaranırdısa, bütöv bir binanın təchizatı dayandırılırdı və digər abonentlər bundan əziyyət çəkirdilər. İndi isə bu hallara yol verilməyəcəkdir. Sanksiyalar fərdi qaydada tətbiq olunacaqdır. Yəni təkcə borcunu ödəməyən abonentin təchizatı dayandırılacaqdır. Yeni qanunda istehlakçılara verilən elektrik enerjisinin və qazın dəyəri yalnız sayğac göstəriciləri əsasında ödənilir. Vacib məqamlardan biri də odur ki, sayğacda göstərilən dəyər tam ödənildikdən sonra hesablamalarda səhv etmiş təchizatçının əlavə ödəniş tələb etməsinə yol verilmir”.
Mətbuat xidməti bildirir ki, sənədin Milli Məclisə daxil olmuş mətnində sayğacların bütün istehlakçılar üçün təchizatçı müəssisə tərəfindən quraşdırılması nəzərdə tutulub: “Qanun layihəsinin “Təbii ehtiyatlar, energetika və ekologiya” Komitəsinin 2009-cu il 17 və 30 sentyabr tarixli iclaslarında müzakirəsi zamanı deputatlar bu müddəanın təchizatçı müəssisələrin maddi maraqlarını tam ifadə etməməsi barədə fikirlər söyləyiblər. Belə ki, “Azərenerji”, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” müəssisələrinin özləri müxtəlif tipli səhmdar cəmiyyətləridir və onların gəlir əldə edən başqa hüquqi şəxslərə sayğac quraşdırılmasında “maddi yardım göstərməsi” iqtisadi baxımdan düzgün deyil. Çünki bu sırada onlarla fabrik, zavod, iri şirkətlər, şadlıq evləri, restoranlar, iri ticarət və əyləncə mərkəzləri, böyük mənfəətlə işləyən çoxsaylı belə müəssisələr vardır ki, onlar da öz ehtiyaclarını ödəmək üçün bir deyil, bir neçə xüsusi sayğaclardan istifadə edirlər. Bu sayğacların isə dəyəri adi sayğaclardan dəfələrlə çoxdur. Məhz buna görə bu tipli qurğuların hüquqi şəxslərin öz hesabına quraşdırılması iqtisadi baxımdan daha məqbuldur. Əhaliyə isə bu sayğaclar ailənin gəlir səviyyəsindən asılı olmayaraq pulsuz - təchizatçının hesabına quraşdırılmalıdır”.
Məlumatda qeyd edilir ki, müzakirələr zamanı deputatların diqqət yetirdiyi başqa bir məqam isə su sayğaclarının quraşdırılması ilə bağlı məsələ olub: “Belə ki, su sayğaclarının quraşdırılması texnologiyası bir qədər fərqlidir: qaz və enerji sayğacları mənzillərdən kənarda, divarüstü boruların və kabellərin üzərində qurulur. Su sayğaclarının isə əksər hallarda divarın içi ilə çəkilmiş borularda quraşdırılması tələb olunur. Bu isə yeni təmir olunan sanitar qovşaqlarının, divarların sökülməsinə, mənzil sahiblərinin narahatlığına və əlavə xərclərə səbəb olur. Buna görə də, təklif edilib ki, su sayğacları əhali üçün könüllü qaydada, əsasən mənzildə təmir işləri aparılarkən quraşdırılsın. Bu sayğaclar quraşdırılana qədər isə, əhali su pulunu mövcud tarif əsasında, 1 nəfər üçün iri şəhərlərdə ayda 1,32 manat, digər şəhərlərdə 1,02 manat məbləğində ödəyə bilər. Göründüyü kimi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından bu sahədə göstərilən xidmətin hələlik mövcud qaydalarla ödənilməsi daha məqbuldur”.
Məlumatda bildirilir ki, indiyədək Bakı şəhəri üzrə abonentlərin 60,3 faizi su sayğacları ilə təmin olunub: “Bütövlükdə ölkə üzrə isə bu göstərici 41,5 faiz təşkil edir. Növbəti iki ildə Bakı şəhəri üzrə sayğaclaşmanın başa çatdırılması nəzərdə tutulur, regionlarda isə bu proses beynəlxalq maliyyə institutlarından dövlət zəmanəti ilə alınan kreditlər hesabına, layihələr çərçivəsində həyata keçiriləcək. Bu sayğaclar əhali üçün pulsuz quraşdırılacaq. Yuxarıda göstərilənləri nəzərə alaraq, Milli Məclisin müvafiq komitəsi 30 sentyabr tarixli iclasında qanun layihəsinə müəyyən dəyişikliklər edilməsini məqsədəmüvafiq hesab edib və bu dəyişiklikləri qanunun təşəbbüskarı ilə razılaşdırıb. Əslində, qanunun qəbulu cəmiyyətdə sivil münasibətlərin möhkəmlənməsinə, iqtisadi münasibətlərdə iştirak edən tərəflərin hüquq və vəzifələrinin daha aydın ifadə olunmasına yönəlib”.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşdığını açıqlayıb
Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir