Bank Of Baku

Azərbaycan Milli Məclisinin payız sessiyasının son iclasları dekabrın 25-də və 29-da keçiriləcək

Azərbaycan Milli Məclisinin payız sessiyasının son iclasları dekabrın 25-də və 29-da keçiriləcək
# 22 dekabr 2009 13:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının son iclasları dekabrın 25-də və 29-da keçiriləcək. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, hər iki iclasın gündəliyi artıq məlumdur. Sonuncu iclas günlərində millət vəkilləri “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “İnsanın immun çatışmazlığı və HİV virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında” qanun layihələrinə, o cümlədən İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında məsələyə münasibət bildirəcəklər.

Qeyd edək ki, sonuncu iclas günündə “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” qanun layihəsinin də müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR