Xanhüseyn Kazımlı: “Parlamentdə görüntü xatirinə çıxış etməyin tərəfdarı deyiləm” - MÜSAHİBƏ
- Siz həm partiya sədri, həm millət vəkili, həm kafedra müdiri, həm də alimsiniz. Sadaladığım bu sahələrdən hansına daha çox vaxt ayırırsınız?
- Siz çox vacib olan bir sahəni qeyd etmədiniz. Mən həm də böyük bir ailənin başçısıyam. Ailə başçısı olmaq sadaladığınız o işlərin heç birindən maraqsız və az məsuliyyət tələb edən iş deyil. Mənim beş övladım, çoxlu nəvəm var. İşlərim nə qədər çox olur-olsun, hər zaman ailəmə, onların qayğılarına vaxt tapa bilirəm. Hazırda MDB Qiymətləndiricilər Assosiasiyası Birliyinin üzvüyəm. Bir müddət isə həmin quruma rəhbərlik etmişəm.
- Həmin quruma üzv olmaq nə verir Sizə?
- Mən “Sizə” yox, deyərdim “bizə nə verir?” Sözügedən qurum sözün əsl mənasında əmlakın qiymətləndirilməsi üzrə peşəkar birlikdir. Bu təşkilat 1995-ci ildə yarananda beş ölkəni əhatə edirdi. Təsisçilərindən biri “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” idi. 1997-ci ildə Birliyin 2-ci Beynəlxalq Konfransı Bakıda keçirildi. Qonşu ölkələrdən Ermənistan həmin təşkilata bu vaxta qədər üzv yazıla bilməyib. Gürcüstan isə çox cəhdlərdən sonra 2009-cu ildə qəbul olunub.
- Partiya yaratmaq ideyası neçə yarandı?
- 1990-cı illərin əvvəllərində işlədiyim Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda belə bir partiyanın yaradılması ilə bağlı mənə müraciətlər olurdu. Həmin vaxt Yeni Azərbaycan Partiyası yaranma ərəfəsində idi. Mən vəziyyətlə bağlı Naxçıvana getdim. İmkan tapıb Heydər Əliyevin qəbuluna düşdüm. Ona ideyamız haqqında məlumat verdim. Heydər Əliyev də mənə “Bizə çoxpartiyalılıq lazımdır, ancaq hər bir partiyada ləyaqətli adamlar olmalıdır” cavabını verdi. Qayıdandan sonra işi canlandırırdım. Bir müddət sonra Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi. O zaman partiyanın qeydiyyata alınması ilə bağlı ədliyyə naziri İlyas İsmayılova müraciət edəndə məni dedi ki, partiyanı bu tezliklə qeydiyyata almaq mümkün deyil. Sonra İlyas İsmayılov vəzifədən çıxdı. Bir qədər sonra onu əvəz edən Südabə Həsənovanın sədrliyi ilə keçirilən kollegiyada Demokratik Maarifçilik Partiyası ilə Sosial Rifah Partiyası eyni gündə qeydiyyata alındı. Həmin vaxt işlədiyim institutda həm prorektor, həm də kafedra müdiri idim. Bir ay sonra isə İqtisadiyyat Nazirliyinin nəzdindəki “Baş Qiymətlər İdarəsi”nə rəis təyin olundum. Dörd ildən artıq, 1998-ci ilin may ayına kimi bu vəzifədə işlədim. Bu illərdə fəaliyyətim gərgin, əziyyətlərim çox oldu. Təsəvvür edin ki, xam neftin qiymətində tez-tez dəyişikliklər baş verir və bu hesablanırdı. Nə isə, indi bunlar arxada qalıb...
- Bəs, deputat seçilməyiniz necə baş verdi?
- Birinci çağırış Milli Məclisin deputatlığına namizədliyimi irəli sürdüm. Lakin o zaman opponentim olan Elmira Məmmədovaya güzəştə getdim. Böyük fransız filosofu Jan Jak Russo deyir: “Harda gördün yazılıb “qadın”, tire çək yaz “nəzakət”. Nöqtə”. Belə də oldu. Bir müddət sonra Goranboyda deputat yeri boş qalmış dairədən seçildim. İkinci, üçüncü çağırışlarda isə Biləsuvar rayonundan deputat seçilmişəm. Amma deputat seçilməzdən bir müddət əvvəl Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinə də rəhbərlik etmişəm.
- Həmin illərdə bir dəfə də prezidentliyə namizəd olmusunuz...
- Bəli, bu 1998-ci ildəki prezident seçkilərində olub. Hər bir hadisəyə cəmiyyətin gözü ilə baxmaq daha düzgün olardı. Mənə elə gəlir ki, Azərbaycan ictimaiyyəti mənim bu addımımı o zaman normal qəbul edib və indi də düzgün qiymətləndirməkdədir.
- Hakimiyyətin mövqeyini müdafiə etməyinizi necə əsaslandırırsınız?
- Hər şeyi öz rəngində və olduğu kimi görmək daha ədalətlidir. Vaxtilə lərzəyə gələn Azərbaycan indi regionun ən sabit ölkəsidir. Elə bu faktın özü insandan bir şükranlıq istəyir. Yəni demək istəyirəm ki, əgər bu gün yürüdülən siyasət Azərbaycanı ən qüdrətli dövlət və ədalətli cəmiyyət yaratmağa doğru aparırsa, mən başqa mövqedə niyə olmalıyam? Sabahı isə zaman göstərər.
- Partiyanız yaranandan sədrsiniz. 15 ildən artıq müddətdə partiyada sədr ola biləcək kadr yetişməyib?
- Partiyamızda siyasi, iqtisadi, sosial və fəlsəfi cəhətdən kamil insanlar çoxdur. Lakin mənim indiyə qədər bu partiyaya rəhbərlik etməyim həmin kadrların razılığı və təkidi ilə olub.
- Nəyə görə rəhbərlik etdiyiniz partiya ölkənin ictimai-siyasi həyatında aktivlik nümayiş etdirmir?
- Mən sizin bu fikirlə razı deyiləm. Fəallıq var, lakin onun kimlərəsə zəif görünməsindən söhbət gedə bilər. Bu aktivliyin görünməməsi bir çox səbəblərlə izah oluna bilər. Bir var bu aktivliyi zaman tələb edir, bir də var zaman özü buna hələlik ehtiyac duymur. Bu baxımdan sensasion hərəkətlər indiki zamanın tələbinə çevrilməyib. Bizim partiya isə cılız, sensasion və yersiz nümayişkarlıqdan daim uzaq olub. Əsas məsələ milli və beynəlxalq məkanda cərəyan edən hadisələrin düzgün təhlilindən, onun Azərbaycan cəmiyyəti üçün nəticələrinin öyrənilməsi və müvafiq addımların atılması təşəbbüslərindən ibarətdir. Vətənimizin ən böyük dərdi olan Qarabağ problemi hər zaman partiyanın diqqətindədir. Bununla bağlı dəfələrlə müraciətlər, bəyanatlar qəbul olunub.
- Bu yaxınlarda partiyanızın qərargah problemi yaranmışdı. Məsələni necə həll etdiniz?
- Bu problem indi də var. Nərimanov rayonu Təbriz küçəsində qərargahımızın yerləşdiyi bina plana düşdüyü üçün oradan köçməliyik. May ayına qədər qərargah məsələmiz həll olunmalıdır. Hesab edirəm ki, problem olmayacaq.
- Hər üç çağırışda Milli Məclisin deputatı seçilsəniz də, səsiniz çox eşidilmir. Bu susqunluq “Danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə əsaslanır?
- Mən həmişə susmağımla bağlı dediyiniz fikirlə razılaşmıram. Ancaq bu o demək deyil ki, bir iclasda beş dəfə danışmalıyam. Nə qədər yerində danışsaq, o qədər çox uğur qazanarıq. Mənim deyəcəyim fikri başqa deputat həmkarım deyirsə, görüntü yaratmaq xatirinə çıxış etməyin tərəfdarı deyiləm.
- Peşəkar iqtisadçı kimi necə fikirləşirsiniz, büdcədə neftin qiymətinin 50 dollardan hesablanması düzgün addım idi?
- Xam neftin hər bareli indi 80 dollar civarındadır. Dünyada belə proqnozlar var ki, neftin ucuzlaşması hələ yaxın gələcəkdə də davam edəcək. Fikrimcə, 2010-cu ilin sonunda neftin qiyməti yüksəlməlidir. Bir də xörəyi bişirəndə duzunu çox atmazlar. Onu yeyəndə istənilən səviyyədə duzlamaq olar. Hesab edirəm ki, büdcədə neftin qiymətinin 50 dollardan hesablanması düzgün addımdır. Yəni əlavə daxil olan gəlirlər onsuz da bizim büdcəmizə gələcək. Digər tərəfdən may ayında büdcəyə yenidən baxaraq əlavə və dəyişikliklər edilməlidir. Həmin vaxt qiymət məsələsinə də yenidən baxıla bilər.
- Bir alim kimi Azərbaycan iqtisadiyyatının səviyyəsini necə qiymətləndirirsiniz?
- Dünyanın bir çox nüfuzlu beynəlxalq qurumları Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, özlərinin illik hesabatlarında ölkəmizin iqtisadiyyatını dinamik inkişaf edən dövlət kimi təqdim edirlər. Dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalı ölkələrin 2009-cu il üçün müxtəlif kateqoriyalar üzrə reytinq göstəricilərini açıqlayıb. Jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib. Bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir. İqtisadi göstəricilərinə görə Rusiya 38, Gürcüstan və İran 33, Türkiyə 32, Türkmənistan və Ukrayna isə 31 balla qiymətləndirilib. “İnternational Living”in təqdim etdiyi ümumi siyahıya 80 balla Fransa başçılıq edir. ABŞ 78 balla üçüncüdür. Sözsüz ki, bu inkişafın əsasını prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar təşkil edir.
- Bu il Milli Məclisə növbəti seçkilər keçiriləcək. Yenə də namizədliyinizi irəli sürəcəksiniz?
- Hələ bu barədə danışmaq tezdir. Çünki o prosesə 10 ay var. Hər şeyi dövran göstərər.
- Seçkidə iştirak edib-etməyəcəyinizi bilmirsiniz?
- Ola bilər partiyamızdan tək mən yox, bir neçə namizəd irəli sürülsün. Həmin namizədlərin içərisində mən ola da bilərəm, olmaya da bilərəm. Yenə də deyirəm ki, bunu zaman həll edəcək.
- Oğlunuz da iqtisadi sahədə çalışır, İpoteka Fondunun icraçı direktorudur. Siz yaxşı iqtisadçısınız, oğlunuz?
- İqtisadiyyat çoxsahəli bir elmdir. Hər halda hamı çalışır ki, öz sahəsinin peşəkarı olsun. Bir də ki, mən adi kəndli oğluyam, o isə professor övladıdır.
- Övladlarınızdan ipoteka ilə ev alan yoxdur ki?
- Xeyr, buna ehtiyac olmayıb. Övladlarımdan üçü qızdır, gəlin köçüblər. Oğlanlarımın isə biri mənim yanımda yaşayır. Böyük oğlum Fəxri ayrı yaşayır. Onun da evi olduğu üçün ipotekaya ehtiyac olmayıb.
- Nəvələrinizdən necə, razısınız?
- Ötən il qız nəvələrimdən biri 685 balla Bakı Dövlət Universitetinə daxil oldu. Baba kimi bu mənim böyük xoşbəxtliyimdir.
- İndi nəvəyə öz adını qoymaq dəbə çevrilib. Sizdə də balaca Xanhüseyn Kazımlı varmı?
- Bəli, 5 yaşında biri var. Hərdən uşaqlar ona baxıb deyirlər ki, bu bala Xanhüseyn Kazımlıdan görəsən nəsə olacaq?
- Həyat yoldaşınız haqqında heç nə demədiniz...
- Həyatda bütün uğurlarıma görə ona borcluyam. Tək mənim yox, bir çox insanın uğur qazanması onun ailə tərzindən asılıdır. Həyat yoldaşım həmişə qayğımı çəkib, mənəvi dayağım olub. Heç vaxt onun giley-güzarını eşitməmişəm. Bütün hallarda aza-çoxa qane olub. Buna görə ona borcluyam. Ancaq bu borc elə şeydir ki, onun əvəzini çıxmaq çox çətindir.
- Eşitdiyimə görə, musiqi ilə maraqlanmaqla yanaşı, həm də poeziya həvəskarısınız, şeirlər yazırsınız...
- Poeziya və musiqi insanın ruhu, daxili aləmi ilə bağlıdır. Gənclik illərindən ara-sıra əlimə qələm götürüb nəsə yazmışam. Onlar müxtəlif məzmunlu olub. Şeir yazmaq xüsusiyyəti demək olar ki, bütün xalqımızda var. Yəqin milli mentalitetimizdən irəli gəlir. Məncə, bir saat yaxşı musiqiyə qulaq asmaq 10 saat yatıb dincəlməyə bərabərdir. Ancaq istəyirəm ki, bu poeziya məsələsinə xatirə kimi baxaq...

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb