İranın Azərbaycandakı səfiri Əfşar Süleymani: “İran təbii qaz məsələsi ilə bağlı Azərbaycan rəsmilərini danışıqlara dəvət edib”
29 dekabr 2006 14:23 (UTC +04:00)
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani 2006-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Süleymani iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2005-ci illə müqayisədə 30 faiz artığını bildirib. Onun fikrincə, bu göstərici qaneedici deyil və Azərbaycanla İranın real potensialı bundan artıqdır. İrandan Azərbaycana qaz verilməsində heç bir problem olmadığını söyləyən Ə. Süleymaninin sözlərinə görə, bu mövzuda ikitərəfli danışıqlar davam etməlidir: “İran Azərbaycan rəsmilərini bununla bağlı müzakirəyə dəvət edib. Hesab edirəm ki, danışıqlar başlasa, müsbət nəticələnəcək”. İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan kənardan qalmasından narahatlığını bildirən diplomat indiki vasitəçiləri məsələyə ikili standartlarla yanaşmaqda ittiham edib: “İran bu münaqişəyə ən yaxın dövlətdir. Bəziləri bunu unudurlar. Halbuki İranın imkanları daha çoxdur”. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024