Bank Of Baku

Etimad Əsədov: “Qarabağ qazilərinə verilən təqaüdlərə yenidən baxılmasını təklif edirik”

Etimad Əsədov: “Qarabağ qazilərinə verilən təqaüdlərə yenidən baxılmasını təklif edirik”
# 19 yanvar 2007 14:57 (UTC +04:00)
Bunları qeyd etməmək düzgün olmazdı. Amma yenə problemlərimiz var”. Bunu APA-ya açıqlamasında Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov deyib. Onun bildirdiyinə görə, başlıca problem Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Sosial təminatlarını yaxşılaşdırılması üçün 2001-ci ildə keçirdikləri aclıq aksiyası ilə bağlı bəzi məmurların şəxsi maraqları ucbatından yanlış rəy yaradıldığını deyən birlik sədri bu aksiyaya siyasi damğa vurulmasında xüsusi marağı olan məmurlardan bəzilərinin artıq hakimiyyətdə deyil, məhbəsdə və mühacirətdə olduqlarını da vurğulayıb: “Zaman gələndə çox məsələlərin üstü açılacaq. O cümlədən Qarabağ qazilərini bilərəkdən dövlətdən incik salanların kimliyi də bəlli olacaq”. Qarabağ qazilərinin də həmin vaxtlar müəyyən yanlışlıqlara yol verdiklərini deyən E. Əsədov “Biz siyasıtçi deyilik. Müharibənin od-alovundan keçmiş insanlarıq, müxtəlif əsəb sarsıntılarına məruz qalmışıq. Danışıqlarmızda, addımlarımzda emosiya çoxluq təşkil edir. Bu səbəbdən də müəyyən yanlışlıqlara yol vermişik. Gərək dövlət də, cəmiyyət də bunları nəzərə ala. Təəssüf ki, həmin aclıq aksiyasından sonra vəziyyət yalnız pisləşməyə doğru getdi. Dövlət büdcəsi dəfələrlə artsa da, bu, Qarabağ qazilərinə verilən təqaüddə özünü göstərmədi” deyib. Müxalifəti də Qarabağ qazilərinə münasibətdə tənqid edən E. Əsədov “2003-ci ilin prezident, 2005-ci ilin isə parlament seçkiləri ərəfəsində bu düşərgədə bizə qarşı çox pis münasibətin şahidi olduq. Hamı bizdən öz şəxsi və partiya marağı üçün istifadə etməyə çalışırdı. Bu, bizi ciddi şəkildə düşünməyə məcbur etdi. Harada olmağımızdan asılı olmayaraq, biz əvvəlcə özümüzə hörmət edən insanlarıq. Kimsə müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq, bizə qarşı hörmətsizlik edibsə, onun qazilərə hörmət və ehtiram göstərməsinə nail olmuşuq. Başqalarına da bunu başa salmağa çalışırq ki, bu təbəqə hörmətə layiqdir. Təəssüf ki, müxalifətdə də bizim zümrəyə yaxşı münasibət görmədik. Ona görə də indi özümüz problemlərimizin həlli ilə məşğuluq”. Birliyin sədri son qiymət artımından sonra keçmiş döyüşçülərə müəyyən məbləğdə kompensasiya verilməsini də təklif edib: “Ümid edirik ki, prezident bu məsələylə bağlı lazımı addım atacaq və bunula da Qarabağ qazilərinin yarana biləcək problemləri həll ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR